2013-cü ildən başlayaraq Qanunvericilik və Məntiq müəllimi olaraq, 2019-cu ildən isə yalnız Qanunvericilik müəllimi olaraq pedaqoji fəaliyyətlə məşğul olur. Dövlət qulluğunun müsabiqə və müsahibə mərhələləri üzrə tələbə hazırlığı ilə məşğuldur. 11 ildən yuxarıdır müxtəlif dövlət orqanlarında dövlət qulluğunda işləyir və hazırkı ixtisas dərəcəsi 1-ci dərəcə dövlət qulluqçusudur.
1996-cı ildə Ağdam rayonunda anadan olub.Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Neft-qaz və mədən fakültəsində "Neft-qaz mühəndisliyi" ixtisası üzrə 2013-2017-ci illərdə bakalavr və 2017-2019-cu illərdə magistr pillələrində təhsil alıb. Universitet dönəmində yerli və xarici neft şirkətlərinin təcrübə proqramlarında iştirak etmiş, bir neçə yerli və beynəlxalq sertifikatlar almışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində müəllim olaraq çalışmış və Azneft İstehsalat Birliyinin "Neft Daşları" NQÇİ-də hasilat mühəndisi üzrə təcrübə keçmişdir. 2019-cu ildən məntiq müəllimi olara işləyir. Tələbələrinin nəticələri 90%-dən yuxarıdır.
Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini bitirib. 2012-ci ildən Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərir. Bu illər ərzində istər abituriyent,istər dövlət qulluğu sahəsində xeyli yüksək nəticələr göstərmişdir. Dövlət qulluğu namizədləri hər imtahanda bu fənn üzrə maksimum nəticələr göstərirlər. Azərbaycan və Rus bölməsi üzrə tələbə hazırlığı ilə məşğuldur. Respublika birincisi olan dövlət qulluqçularına dərs demiş, MİQ və Sertifikasiya sahəsində xeyli yüksək nəticələr göstərən müdavimlərin müəllimidir.
2016 - cı ildən etibarən informatika fənninin tədrisi ilə məşğuldur. Bu müddət ərzində İnformatika fənnindən Magistratura səviyyəsi üzrə 52 tələbəsi 25 düz cavab yazmışdır. Həmçinin 200-dən çox tələbəsi 20+ nəticə göstərmişdir. Dövlət qulluğu üzrə imtahanlarda isə 10-dan çox tələbəsi 15 düz, 100-dən çox tələbəsi isə 12+ informatika yazmışdır. Hazırda müəllimlik fəaliyyəti ilə bərabər Azərbaycan Dəmir Yolları QSC-nin İT sahəsi üzrə mühəndis vəzifəsində çalışır.
Bakı Dövlət Universitetinin Tarix fakultəsini bitirib. Həm bakalavr, həm magistr təhsili var. 2018-ci ildən pedaqoji fəaliyyətlə məşğul olur. Hal-hazırda həm abituriyent, həm dövlət qulluğu müsahibə mərhələsi, FDES, Vergi, Gömrük orqanlarına qəbul üçün dünyagörüşü və tarix fənnini tədris edir. Eyni zamanda 312-saylı məktəbdə tarix müəllimi kimi çalışır.