Ümumi müsahibədə aşağıdakı
şəxslər iştirak hüququna malikdirlər:
vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati
vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan
dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati
vəzifələrdə çalışmış şəxslər;
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə
tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik
rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi,
diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə
əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə
elmlər doktoru elmi dərəcəsi olan şəxslər.