Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti test imtahanı 09.03.2025-ci il tarixində təşkil ediləcək. DİM-in verdiyi rəsmi məlumata əsasən BB növü üzrə imtahan saat 11:00-da, AB, AC və BA növləri üzrə imtahan isə saat 16:00-da DİM-in “Elektron imtahanlar korpusunda” keçiriləcək.
Məlumat üçün qeyd edək ki, imtahanlar kompüter vasitəsilə həyata keçirildiyi üçün iştirak edəcək namizədlər üçün ayrılan yerlərin sayı məhduddur.
Bəs namizəd eyni gündə bir neçə imtahanda iştirak edə bilərmi?
Namizədin eyni gündə keçirilən imtahanlarda iştirak etməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyənləşdirilməmişdir. Sadəcə olaraq imtahanların keçirilmə saatlarının üst-üstə düşmədiyi halda namizəd həm BB növü üzrə, həm də AB, AC və ya BA növlərinin biri ilə eyni vaxtda imtahanda iştirak edə bilər. Bir çox hallarda namizədlərin qeydiyyatdan keçdiyi zaman DİM-in elektron sistemində texniki cəhətdən problemlər yaranır. Bununla bağlı DİM-in “1653-Qaynar xətti” ilə əlaqə saxlayıb qeydiyyatdan keçməklə bağlı müraciət edə bilərsiniz.
77