Dövlət qulluğuna qəbul üzrə növbəti BB imtahanı


BB altqrupu üzrə


Dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər üçün növbəti test imtahanının keçiriləcəyi tarix bəlli oldu. Dövlət qulluğunun B növünün BB altqrupu üzrə test imtahanı 16.02.2025-ci il tarixində DİM-in "Elektron imtahanlar korpusu"nda təşkil ediləcək. 

Eyni zamanda hal-hazırda inzibati vəzifələr üzrə daimi dövlət qulluğunda işləyən və müvafiq vəzifəyə uyğun olaraq sertifikatı olan, lakin sertifikatın qüvvədə olma müddətinin 4 ili tamam olmuş dövlət qulluqçuları üçün də 16.02.2025-ci il tarixində “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi Sertifikatı” üçün növbəti test imtahanı keçiriləcəkdir.

90