Dövlət qulluğunun test mərhələsinə hazırlaşanlar üçün 2025-ci ildə keçiriləcək ilk test imtahanının tarixi bəlli oldu. DİM-in verdiyi rəsmi məlumata əsasən cari ildə ilk test imtahanı AB, AC və BA vəzifə qrupları üzrə 23.01.2025-ci il saat 16:00-da, BB vəzifə qrupu üzrə isə 23.01.2025-ci il saat 11:00-da keçiriləcək. İmtahanlar bütün vəzifə qrupları üzrə elektron qaydada (kompüter vasitəsilə) təşkil ediləcək.
Qeydiyyatdan keçmək üçün ayrılan vaxt isə 14.01.2025-ci il saat 23:59-da bitəcək. Nəzərə alın ki, imtahanda iştirak etmək üçün ayrılan yerlərin sayı məhduddur.
82