Dövlət qulluğuna qəbulda yenilik


Test imtahanı üzrə yenilik edildi.


Dövlət qulluğunun test imtahanlarının keçirilməsi qrafikində dəyişiklik edilib. 

DİM-in verdiyi məlumata əsasən 2025-ci ildən başlayaraq BB və BA vəzifə qrupları üzrə dövlət qulluğuna qəbulun test imtahanları hər ay təşkil ediləcək. Əlavə olaraq qeyd edək ki, namizədlər üçün eyni gündə fərqli saatlarda keçirilən imtahanlarda iştirak etməklə bağlı heç bir məhdudiyyət tətbiq edilmir.  Namizədlər eyni gündə saatlar üst-üstə düşmədiyi halda bir neçə imtahanda iştirak edə biləcəklər. Əgər qeydiyyatdan keçərkən bununla bağlı hər hansı çətinlik yaranarsa, DİM-in “qaynar xətt”i ilə (1653) əlaqə saxlaya bilərsiniz. 

27